Təkrar sertifikasiyadan keçməyən müəllimlər işdən çıxarılacaq


Digərləri 13 İyn 2018 11:49:00 193 0

Təkrar sertifikasiyadan keçməyən müəllimlər işdən çıxarılacaq

Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək. Trend-in məlumatına görə, bu, Milli Məclis tərəfindən yeni qəbul edilmiş “Əmək Məcəlləsi”nə dəyişikliklərin edilməsi barədə qanunda öz əksini tapıb. Qanuna edilən yeni dəyişikliklərə əsasən, sertifikasiyadan “Təhsil haqqında” qanuna uyğun olaraq, təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası sayılır. Bu bənddə “səlahiyyətli orqan” dedikdə təhsilverənlərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir.