Bolqarıstan səfiri: "Cənub Qaz Dəhlizinin hesabına ilk dəfəqazı təkcə Şimaldan deyil, həm də Cənubdan alacağıq"


İqtisadiyyat 13 İyn 2018 11:21:41 309 0

Bolqarıstan səfiri: "Cənub Qaz Dəhlizinin hesabına ilk dəfəqazı təkcə Şimaldan deyil, həm də Cənubdan alacağıq"

Nikolay Yankov bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" adlı beynəlxalq konfransda deyib

"Cənub Qaz Dəhlizi Bolqarıstan üçün çox önəmlidir, çünki bu layihənin hesabınailk dəfə olaraq biz qazı təkcə Şimaldan deyil, həm də Cənubdan alacağıq".

"Report"un məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" adlıbeynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün bugün enerji sabitliyi çox vacibdir: "Buna görə də, Bolqarıstan enerji infrastrukturu nutəkmilləşdirməyə çağırır. Biz öz növbəmizdə Yunanıstan və Rumıniya ilə interkonnektorlar yaradırıq ki, Azərbaycan qazı şimala da getsin. Biz bunu Şimal dəhlizi adlandırırıq".

Səfir onu da bildirib ki, Cənub Qaz Dəhlizi Avropaya enerji daşıyıcılarının nəqletmə marşrutlarını şaxələndirəcək: "Buna görə Azərbaycan bizim gələcək baxışımızın əsas tərəfdaşıdır. Bolqarıstan bu layihəyə siyasi dəstək verir".