“BakuBus” avtobusların yolunda təhlükəli vəziyyətlər yaradan avtomobillərin görüntülərini yayıb (VİDEO)


Digərləri 13 İyn 2018 11:27:00 212 0

“BakuBus” avtobusların yolunda təhlükəli vəziyyətlər yaradan avtomobillərin görüntülərini yayıb (VİDEO)

“BakuBus” avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntülər yayıb

Bakı. Samir Əli - “BakuBus” avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntülər yayıb. “BakuBus” MMC-dən Trend-ə verilən məlumata görə, quruma məxsus avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar “BakuBus” MMC-yə müraciət edirlər. “BakuBus” MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, 24 may 2018-ci il tarixində saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb. Həmçinin, 29 may 2018-ci il tarixində saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib.