ATƏTin Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər


Dünya 13 İyn 2018 11:10:00 248 0

ATƏTin Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər

ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədir.

Son.az APA-ya istinadən xəbər verir ki, vasitəçilər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar.

Z.Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

Həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik müşayiət edir.

Həmsədrləri Azərbaycana səfəri nəzərdə tutulmayıb.