Salatın Əsgərova küçəsinin bir hissəsi təmir edilib (FOTO/VİDEO)


Digərləri 13 İyn 2018 11:12:00 243 0

Salatın Əsgərova küçəsinin bir hissəsi təmir edilib (FOTO/VİDEO)

Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin də bir hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

Bakı. Samir Əli - Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin də bir hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Söhbət Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsindən gedir. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı. Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb.