900dən çox itirilmiş sənəd tapılıb


Digərləri 13 İyn 2018 11:01:00 288 0

900dən çox itirilmiş sənəd tapılıb

"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 915 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 294-ü sahiblərinə təhvil verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərpoçt"dan məlumat verilib.

İndiyədək tapılan sənədlərin 608-i müvafiq strukturlara göndərilib, 13 sənəd isə "Azərpoçt"un şöbə və filiallarında saxlanılır.