Fransa millisində şok zədə


İdman 13 İyn 2018 10:55:00 376 0

Fransa millisində şok zədə

Fransa millisinin hücumçusu Kilian Mbappe zədələnib. 

Goal.az xəbər verir ki, 19 yaşlı forvard məşqdə Adil Rami ilə mübarizədə xəsarət alıb. 

Sağ ayağından zədə alan Mbappe paltardəyişmə otağına həkimlərin müşayiəti ilə yollanıb. Hələlik fransız futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil. 

Xatırladaq ki, Fransa millisi DÇ-2018-dəki ilk oyununu iyunun 16-da Avstraliyaya qarşı keçirəcək.