Azərbaycanİtaliya arxeoloqları Goranboyda elmi tədqiqatlara başlayıblar FOTO


Digərləri 13 İyn 2018 10:56:00 248 0

Azərbaycanİtaliya arxeoloqları Goranboyda elmi tədqiqatlara başlayıblar  FOTO

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb.

Son.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, ekspedisiyanın həmrəhbərləri institutun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Laneridir.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı, mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaq.


Xəbərə aid fotolar