Real Madrid yeni baş məşqçisi üçün təzminat ödəyəcək


İdman 13 İyn 2018 10:38:00 405 0

Real Madrid yeni baş məşqçisi üçün təzminat ödəyəcək

Real Madrid yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.

Goal.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan 2 milyon avro alacaq. Bununla bağlı X.Lopeteqinin müqaviləsində qeyd olunub.

Qeyd edək ki, hazırda İspaniya millisinin baş məşqçisi olan X.Lopeteqi DÇ-2018-dən sonra Real Madrid-i çalışdıracaq.

Xatırladaq ki,  X.Lopeteqi ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.