Qida sahəsi üzrə sahibkarlıq subyektlərinin qeydiyyatına başlanacaq


Digərləri 13 İyn 2018 10:34:00 286 0

Qida sahəsi üzrə sahibkarlıq subyektlərinin qeydiyyatına başlanacaq

İyulun 1-dən Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatına start veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həll şöbəsinin müdiri Mənsur Piriyev deyib.

O bildirib ki, Azərbaycanda qida sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi baxımından qeydiyyata alınır və reyestrə daxil edilir.