Kapital Bankın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı


Digərləri 13 İyn 2018 10:02:00 260 0

Kapital Bankın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı

Kapital Bank-ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Yaşa" təqaüdçülər mərkəzinin açılış mərasimi keçirildi. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir.

"Yaşa" mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

"Belə bir mərkəzi açmaqla təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir araya toplayaraq, onların asudə vaxtlarının maraqlı təşkil etmək, cəmiyyət üçün gərəkli olduqları hiss etdirməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir. Layihənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və "Üçüncü Bahar" təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk", - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.