Goranboy sakini ekoloji qanunvericiliyini pozduğuna görə cərimələndi


Digərləri 13 İyn 2018 09:55:00 241 0

Goranboy sakini ekoloji qanunvericiliyini pozduğuna görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıları əraziyə rayon sakini Şahin Arazov tərəfindən atıldığı məlum olub.