Kapital Bank-ın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı


Digərləri 13 İyn 2018 09:58:00 223 0

Kapital Bank-ın dəstəyi ilə “Yaşa” təqaüdçülər mərkəzi açıldı

Kapital Bank-ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirilib.

Bakı. Kapital Bank-ın dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir. “Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.