Facebookda Dövlət Miqrasiya Xidmətinin rəisini tənqid etdilər


Digərləri 13 İyn 2018 09:26:00 266 0

Facebookda Dövlət Miqrasiya Xidmətinin rəisini  tənqid etdilər

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkələrdə rəhbərlik etdiyi quruma irad bildirən vətəndaşın sualını cavablayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Günel Aşirova adlı izləyici Dövlət Miqrasiya Xidmətini və rəhbərini tənqid edərək status yazmışdı.

O, Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartını yeniləmək istərkən problemlə üzləşdiyini bildirib:

"Ey Harvard məzunu cənab rəis, may ayındakı 4cə saatlıq görüş günündə neçə əcnəbi qəbul etdiniz?

Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartımın vaxtı bitir deyə yenidən uzatmaya müraciət etməliyəm. Adı DYİ olsa da 5 illik müddəti var. İlkin müraciət və uzatma üçün eyni prosedurdu. Mənim üçün heç bir güzəşt yoxdu.

Sayta daxil oldum, boşluqlar və səhvlərlə dolu. 5 ildə bircə növbə promlemini tənzimləyiblər. Əvvəl səhər 10:00-da gedib növbədə 194-cü adam olurdum. İndi online növbə götürə bilirsən. 


Xəbərə aid fotolar