Millət vəkili: İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır


Digərləri 13 İyn 2018 09:28:00 239 0

Millət vəkili: İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır

İmkansız ailələrin uşaqlarının ödənişsiz təhsil almasına şərait yaradılmalıdır

Bakı. Elçin Mehdiyev - “İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir”. Trend-in məlumatına görə, bunu Milli Məclisin növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib. O qeyd edib ki, sovet vaxtı universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr baş verirdisə, bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik: “Təkcə varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar. İmkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır”.