Bakı səmasında qırıcı təyyarələr


Digərləri 13 İyn 2018 09:07:00 274 0

Bakı səmasında qırıcı təyyarələr

Bu gün səhər Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hərbi təyyarələrin uçuşları paytaxt əhalisi arasında marağa səbəb olub. 

Məlum olub ki, SU-25 və digər hərbi təyyarələrin cəlb olunduğu uçuşlar təlim məqsədlidir. Belə ki, Müdafiə Nazirliyi iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqlar görür.