Bakıda gənc oğlan küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb VİDEO


Kriminal 13 İyn 2018 08:51:00 404 0

Bakıda gənc oğlan küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb  VİDEO

Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Cəfərov Fuad Amin oğlu Vəzirov küçəsi ilə evə gedərkən ona tanımadığı şəxs yaxınlaşıb.

Bu zaman onların aralarında mübahisə düşüb. Nəticədə F.Cəfərovun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı çoxlu qan itirib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.