ABŞ Konqresinin üzvü: "Azərbaycanın tərəqqisi və ABŞla möhkəm münasibətləri növbəti 100 ildə daha da inkişaf edəcək"


Digərləri 13 İyn 2018 08:54:00 270 0

ABŞ Konqresinin üzvü: "Azərbaycanın tərəqqisi və ABŞla möhkəm münasibətləri növbəti 100 ildə daha da inkişaf edəcək"

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida - Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Son.az-a verilən məlumata görə, konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilib.