Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb


Kriminal 13 İyn 2018 08:12:00 289 0

Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Son.az report.az-a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Tağıyev Xəqani Füzuli oğlu "1-ci Mədən" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Mübahisə bıçaqlanma ilə sona çatıb. O, bədənin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib.