"Maşın"ın ilk final gecəsində problem yaşandı VİDEO FOTO


Şou-biznes 13 İyn 2018 08:18:00 335 0

"Maşın"ın ilk final gecəsində problem yaşandı  VİDEO  FOTO

"Maşın 16"ın ilk final gecəsi baş tutub. 

 

Son.az axsam.az-a istinadən bildirir ki, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şou bu günə kimi bir çox maraqlı, gərgin, qalmaqallı hadisələri ilə yadda qalıb.

"Xanımlar və Cənablar-2" devizi altında davam edən oyunda finala müğənni Roza Zərgərli, blogger Hüseyn Əzizoğlu və reper Uran qalıb.

Qaydalara əsasən, əlini ilk götürən uduzmuş, son götürən qalib hesab olunacaq. Bundan başqa, bu gündən etibarən iştirakçılar iki saat əlini dəyişməyəcəklər.

Dünən iştirakçılara dəstək olmaq üçün bir çox müğənnilər də verilişə dəvət alıblar. Lakin yaranmış texniki problemlər üzündən 40 dəqiqəyə yaxın verilişin yayımında fasilə yaranıb, əvəzində reklamlar gedib. Ona görə yalnız müğənni Ceyhun Əliyev musiqisini təqdim edə bilib. 


Xəbərə aid fotolar