Bakıda gənc oğlanı avtomobil vurub


Digərləri 13 İyn 2018 08:04:00 265 0

Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, 1996-cı il təvəllüdlü Əhmədov İsmayıl Qurbanəli oğlu prospektin qaranlıq və təmirdə olan hissəsində piyada zolağı olmayan yerdən keçən zaman onu minik avtomobili vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Sürücü məsuliyyətə cəlb olunub.