Tramp sərt ifadələrin KXDR ilə sammitin təşkilinə kömək etməsindən əmindir


Digərləri 13 İyn 2018 05:15:00 197 0

Tramp sərt ifadələrin KXDR ilə sammitin təşkilinə kömək etməsindən əmindir

ABŞ prezidenti Donald Tramp sərt ifadələrin Koreya Xalq Demokratik Respublikası ilə sammitin təşkilinə kömək etməsindən əmindir

Bakı. ABŞ prezidenti Donald Tramp sərt ifadələrin Koreya Xalq Demokratik Respublikası ilə sammitin təşkilinə kömək etməsindən əmindir. Trend-in məlumatına görə, bunu ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsi zamanı deyib. D.Tramp deyib: "Mən fikirləşirəm ki, biz ritorikasız belə vəziyyətdə olmazdıq. Digər administrasiyalar... onların susmaq siyasəti olub. Əgər onlar (KXDR) dəhşətli nəsə deyirdilərsə ABŞ sadəcə cavab vermirdi. Bu, cavab, bizim etməli olduğumuz deyil. Ritorika... mən bunu etməyi sevmirəm, bəzən özümü axmaq kimi hiss edirəm, amma bizim başqa seçimimiz yoxdur".