Mətanətin "Maşın" şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB


Şou-biznes 13 İyn 2018 02:30:00 266 0

Mətanətin "Maşın" şou ilə bağlı şok sözlərinə Murad Dadaşovdan SƏRT CAVAB

Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva ATV kanalında yayımlanan "10-dan sonra" proqramının qonağı olarkən "Maşın"da SMS-lərin düzgün hesablanmadığını deyib.

Son.az xəbər verir ki, şounun müəllifi Murad Dadaşov bu mövzu ilə bağlı açıqlama verməsə də, verilişin buraxılışında məsələyə üstüörtülü aydınlıq gətirib:

"Maşın" haqqında orada-burada çoxlu söhbətlər gəzir. Bu illər ərzində maşının bir vacib cəhəti var ki, oyun həqiqətən də ədalətlidir. Əgər oyun ədalətli olmasaydı, 16 sürət və hər sürətdə 18 nəfər iştirakçı toplanmazdı. Özü də onların hər biri həyatda uğur qazanmış və özünə hörmət edən tanınmış simalardır. Oyun ədalətsiz getsəydi, hər hansı pozuntular baş versəydi, heç kim ikinci dəfə buraya gəlməzdi. Heç kim oyunu özündən artıq hesab etmir. Murad Dadaşovun hörməti və dəvəti öz yerində, amma heç kim Murad Dadaşovu belə özündən artıq hesab etmir. Hamı özünə arxayındır".