Qan hüceyrələri beyin hüceyrələrinə çevrildi


Digərləri 12 İyn 2018 23:45:00 338 0

Qan hüceyrələri beyin hüceyrələrinə çevrildi

Stenford Universitetinin araşdırmaçıları son illərin ən önəmli işlərindən birini edərək, tarixi dəyişdirəcək bir texniki kəşf etdiklərini açıqladılar. İnsandan alınan qan nümunəsinin içindəki immunitet hüceyrələri, bu texnika ilə 3 həftə ərzində bir beyin hüceyrəsinə, yəni neyrona çevrilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, müasir elmin təqdim etdiyi bir çox imkan sayəsində, bədənimizin fərqli hissələrindən aldığımız hüceyrələri, neyronlara çevirməyə çalışırıq. Bu mövzuda aparılan araşdırmalarda siçanlar üzərində aldığımız kəşflər, elm insanlarına istiqamət verir. 2011-ci ildə dəri hüceyrələrindən beyin hüceyrəsi əldə edilmək üçün edilən bir araşdırma, üsulun müvəffəqiyyətli olduğunu ancaq çox asan olmadığını göstərdi.