İnsanın ən üstün yadigarı nədir?


Digərləri 12 İyn 2018 23:20:00 279 0

İnsanın ən üstün yadigarı nədir?

İnsanın bu dünyadan axirətə apara biləcəyi ən gözəl azuqə saleh əməllərdir. Çünki Quranın da buyurduğu kimi, insanların hamısı ziyan içindədirlər. Ancaq o kəslər ki, iman gətirər və saleh əməl yerinə yetirər - onlar bu ziyndan xilas olarlar. Ona görə də deyə bilərik ki, yaxşı əməllər - insanın özündən sonra qoyub getdiyi ən üstün yadigarlardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa". ("Əsr" 2-3).

Gözəl əxlaq və saleh əməlləri ancaq İslam dini tövsiyə etmir. İslamdan əvvəl də bu əməllər tövsiyə edilmiş və başqaları tərəfindəntəriflənmiş və bəyənilmişdir.