Mingəçevirdə 4 yaşlı uşaq zəhərlənib


Digərləri 12 İyn 2018 23:22:00 241 0

Mingəçevirdə 4 yaşlı uşaq zəhərlənib

Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.

Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib.