Bu adam niyə oruc tutmur?


Digərləri 12 İyn 2018 23:10:00 263 0

Bu adam niyə oruc tutmur?

Son.az deyerler.org-a istinadən bildirir ki, Abdullah Nişapuri nəql edir: "Mən Tusun əmiri Həmid ibni Qəhətəbə ilə dost idim. Ramazan ayında Tusa səfər etdim və Qədr gecələrinin birində o məni öz evinə qonaq çağırdı. Hava hələ qaralmamışdı. Mənim üçün böyük bir süfrə açmışdı və məni görən kimi süfrəyə əyləşdirdi.

Mən dedim ki, mən nə xəstəyəm, nə də müsafir. Orucumu niyə batil edim ki?

Ondan soruşdum ki, bəs sən niyə oruc tutmursan? Ağlamağa başladı və dedi: "O zaman ki, Harun ər-Rəşid Tusda idi, bir gecə məni yanına çağırdı. Onu qəzəbli halda gördüm. O, qılıncını qınından çıxartmışdı.

Mənə dedi: "Sən mənə nə qədər itaət edirsən?".

Dedim: "Nəfsim və malımla səni himayə edirəm".

Məni azad etdi. Hələ bayıra çıxmamışdım ki, məni yenə çağırdı. Yenə həmin qəzəbli halda həmin sualını təkrar etdi.

Mən dedim: "Mən canımla, malımla, övladımla səni himayə edirəm".

Sonra mənə getmək üçün icazə verdi.

O zaman ki, evimə çatdım, nökərini göndərdi. O, mənə dedi: "Xəlifə səni yenə çağırır".

Üçüncü dəfə onun sarayına getdim və üçüncü dəfə mənə həmin sualı verdi. Mən də onu rahatlatmaq üçün dedim ki, mən sənimalımla, canımla, övladımla, dinimlə himayə edirəm. Bunu deyən kimi güldü və mənə dedi: "Bu qılıncı al və bu nökərin ardınca get. Sənə hər nəyi əmr etsə, bil ki, mənim əmrimdir".