İsrail Qəzzanı bombaladı


Dünya 12 İyn 2018 23:08:00 272 0

İsrail Qəzzanı bombaladı

İsrail hərbi hava qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah və Xan Yunus şəhərlərində fələstinlilərə aid iki bazaya raket zərbələri endirib.

Son.az oxu.az-a istinadən bildirir ki,  bu haqda "RİA Novosti" məlumat yayıb.

Fələstin mətbuatı hava hücumuna məruz qalan bazalardan birinin HƏMAS-ın hərbi qanadı sayılan "Qəssam"a məxsus olduğunu təsdiqləyib.

Aviareydin İsrailə aid pilotsuz uçan aparat tərəfindən həyata keçirildiyi bildirilir.