"Son zəng" üçün konkret vaxt qoyuldu:


Digərləri 12 İyn 2018 21:11:00 324 0

"Son zəng" üçün konkret vaxt qoyuldu:

İyunun 14-də bütün məktəblərdə "son zəng" tədbiri keçiriləcək. Tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək. Bu haqda məlumat verən Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə yaşanan şagird sıxlığı probleminə də münasibət bildirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tədris ilinin yekunlaşmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də məktəblilərin ənənəvi son zəng tədbirləri keçiriləcək.

Baki Şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bütün məktəblərdə son zəng tədbirləri eyni gündə təşkil ediləcək.

Məktəblərində yaranan sıxlıq məsələsinə də toxunan Məhəbbət Vəliyeva deyib ki, İdarənin tabeliyində olan məktəblərin kiçik bir qismində bu problem müşahidə olunur.


Xəbərə aid video