14 yaşlı gəncdən 16 gündür ki, xəbər yoxdur VİDEO


Digərləri 12 İyn 2018 21:12:00 293 0

14 yaşlı gəncdən 16 gündür ki, xəbər yoxdur  VİDEO

16 gündür evdən çıxan 14 yaşlı yeniyetmə hələ də geri qayıtmayıb. Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Ramiz Musayev adlı yeniyetmənin bu addımı hansı səbəbdən atdığı məlum deyil.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Ramiz Musayev 16 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb. Uşağın atası Rasim İsmayılovun sözlərinə görə, bu, Ramizin bu qəbildən olan ilk hərəkəti deyil.

Rasim İsmayılovun sözlərinə görə, oğlu hər gün sosial şəbəkərdə aktiv olur. Hətta dostları ilə də yazışıb və onlara evə qayıtmayacağını deyib.

Məsələ ilə bağlı artıq Suraxanı rayon 30-cu polis bölməsinə və Xəzər rayon polis idarəsinə məlumat verilib. Valideyn uşağının taleyindən narahatdır və onun tez bir zamanda tapılmasını istəyir.


Xəbərə aid video