Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin VİDEO


Digərləri 12 İyn 2018 21:14:00 237 0

Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin  VİDEO

Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin. Orta məktəblərə şagird qəbulu zamanı yaxın ərazidə yaşayanlara üstünlük veriləcək. Bununla yanaşışəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə rüsum alınacaq. Bütün bu fikirlər parlamentin növbədənkənarplenar iclasındasəsləndirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Yasamal rayonundakıözəl baxçada baş verənlər bu gün MilliMəclisin gündəmindəydi.Parlamentdə Təhsil Haqqında qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bir sıra təkliflə çıxışedib.

O da bildirilib ki, orta məktəblərə şagirdlərin qəbulu zamanı ərazi prinsipi nəzərə alınacaq. İlk növbədə məktəbin yerləşdiyi ərazidə yaşayan şagirdlər qəbul olunacaqlar. Bundan əlavə beynəlxalq olimpiadaların qalibi olmuş şagirdlər istənilən ixtisas üzrə, yerli olimpiadaların qalibləri isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbul ediləcəklər.

Millət vəkili Siyavuş Novruzov isədövlət proqramı əsasında xaricdə təhsil alıb və oradaişləyənlərlə müqavilə bağlamağın tərəfdarı olduğunu bildirib.


Xəbərə aid video