İmam Zaman ağa (ə) bu insanları çox sevir


Digərləri 12 İyn 2018 21:20:00 263 0

İmam Zaman ağa (ə) bu insanları çox sevir

İffətli insanlar tarix boyu İlahi övliyaların diqqətini özünə cəlb etmiş və onlara xüsusi hörmət göstərilmişdir. İmam Zaman ağa (ə.f) da iffətli insanları sevir və əziz tutur. Çünki onları Allah sevir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah insanlardan yardım istəməyən həyalı, pak ətəkli şəxsləri sevir".

Ona görə də iffətli olsaq, İmam Zaman ağanın (ə.f) sevimlisi olarıq. Bunu təsdiq edən bir əhvalata işarə edək: "Ayətullah Seyyid Baqir Müctehid Sistani, Ayətullah Sistaninin atası olmuşdur. İmam Zaman ağa (ə.f) ilə görüşmək niyyətilə Aşura ziyarətini 40 cümə Məşhəd məscidlərinin birində oxuyardı.

O, buyurur: "Axırıncı cümələrin birində Aşura ziyarəti oxuduğum məscidə nur saçmağa başladı. Qəribə bir hal keçirtdim. Ayağa qalxdım və həmin nurun ardınca getməyə başladım. Bir evə gəlib çatdım ki, çox kiçik və yoxsul bir ev idi. Evin içində sönməyən nur saçırdı.