Bakını birbirinə qatan “Camaro” sürücüsü həbs edildi VİDEO


Digərləri 12 İyn 2018 21:09:00 245 0

Bakını birbirinə qatan “Camaro” sürücüsü həbs edildi  VİDEO

Bakıda yol polisinə tabe olmayan sürücü saxlanılıb. Söhbət bir neçə gün əvvəl gecə saatlarında minik avtomobili ilə yol polisinin saxla əmrinə məhəl qoymayaraq, hətta polis avtomobilini əzib qaçan sürücüdən gedir. Həmin sürücü saxlanılaraq məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Bundan başqa, qaradağ və nərimanov rayonları ərazisində avtoxuliqanlıq edən şəxslər də saxlanılıb.

Süni tıxac yaradılaraq saxlanılsa da, polisə tabe olmur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər bir neçə gün əvvəl paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Bir neçə qayda pozuntusuna yol verən minik avtomobilinin sürücüsünə yol polisi dəfələrlə saxla işarəsi versə də, o, maşını saxlamayıb. Tbilisi prospektində süni tıxac yaradılaraq saxlanılsa da, polis maşınını vuraraq hadisə yerindən qaçıb. Bu zaman onun təqib edilməsi dayandırılıb. Kameralar vasitəsilə təqib edilərək Xırdalan qəsəbəsində yaşadığı ünvanda aşkarlanıb. Lakin burada da avtomobildən düşərək qaçıb.

Çox çəkməyib ki, sürücü Hümbətov Elçin Məcnun oğlu saxlanılıb. Onun barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.Həmçinin bir il müddətinəsürücülük hüququndan məhrum edilib. Dindirmə zamanı Elçin Hümbətov bildirib ki, hadisəni bilərəkdən törətməyib.


Xəbərə aid video