Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və olmayacaq VİDEO


Siyasət 12 İyn 2018 20:54:00 262 0

Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və olmayacaq  VİDEO

Kanadada yaşayan erməni əsilli yazıçı Vaaqn Karapetyan öz xalqına müraciət ünvanlayıb. Yazıçı deyib ki,Qarabağ heç vaxt Ermənistanın olmayıb və olmayacaq. O, qeyd edib ki, Azərbaycanla davam edən münaqişə Ermənistana heç nə qazandırmayacaq.

Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və olmayacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri erməni əsilli yazıçı, "Literaturnaya Kanada" almanaxının baş redaktoru Vaaqn Karapetyan ermənilərə müraciətində deyib.

"Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb. Erməni xalqı bu münaqişənin nəticəsi olaraq yalnız ağır sosial problemlər içərisində qalıb. Ermənistandakı çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə insan evlərini tərk edib və xarici ölkələrə köçüb. Bu gün İrəvanda və başqa şəhərlərdə nə qədər evlərin qapısı bağlı qalıb." - deyə Karapetyan bildirib.

O deyib ki, ölkəni tərk edən erməni ailələri bu addımı sadəcə ac qalmamaq üçün atırlar. Artıq ermənilər sabaha ümid etmirlər, uşaqlarının gələcəyini Ermənistanda görmürlər. Erməni siyasətçiləri dərk etməlidirlər ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün Dağlıq Qarabağdakı ermənilər də oranı tərk edirlər. Bundan əvvəl ermənilər deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar imkan vermir, bəs bu gün niyə oranı tərk edirlər?

Erməni əsilli ziyalı vurğulayıb ki, Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də aclığa və səfalətə məhkum edib. "Əvvəllər azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə nəticəsində heç bir erməni heç nə əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi və cənazəsi gəldi. Erməni siyasi elitası əsassız ərazi iddialarından əl çəkməlidir." - deyə yazıçı qeyd edib.


Xəbərə aid video