Həzrət Əli (ə) barədə Quranda, İncildə və Tövratda


Digərləri 12 İyn 2018 20:40:00 259 0

Həzrət Əli (ə) barədə Quranda, İncildə və Tövratda

İmam Əli (ə) - Həzrət Peyğəmbərin (s) həm canişini, həm qardaşı və həm də İmamların (ə) atası idi. Onun Quranda zikr olunanməqamları barəsində az-çox xəbərimiz vardır. Bu ayələrdə birbişa Həzrətin (ə) adı çəkilməsə də, ancaq ondan bəhs olunduğunu hamımızyaxşı bilirik.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) Quranın nəzərində:

1. "Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər - namaz qılıb rüku halında zəkat verən kəslərdir". ("Maidə" 55).

2. "İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır". ("Bəqərə" 207).

3. "Kafirlər "sən (Allahın) peyğəmbər(i) deyilsən" deyirlər. De: "Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur'anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir". ("Rəd" 43).

Bu cür Quran ayələri çoxdur. Ancaq onu da qeyd etmək istəyirik ki, İmam Əli (ə) haqqında ancaq Quran deyil, İncil və Tövrat da məlumatlar vermişdir.

Təbərsi nəql edir: "Birinci xəlifənin dövründə bir xristian Mədinəyə gəlir. Suallar verir ki, ona cavab verə bilmirlər. Bu zaman İmam Əli (ə) gəlir və onun verdiyi bütün sualları cavablandırır. Rahib soruşur: "Ey cavan! Adın nədir?".

Həzrət (ə) buyurur: "Mənim yəhudilər yanındakı adım İlya, xristianlar yanındakı adım İliya, atamın yanındakı adım Əli, anamın yanındakı adım Heydərdir".

Rahib deyir: "Həqiqətən də Tövrat və İncildə o dediyin adları tapmışıq"".

İncil Yəsunun adı ilə İmam Əli (ə) haqqında deyir: "O kəs ki, (sonuncu peyğəmbərə) iman gətirdi, mübarək olacaqdır. Mən layiq deyiləm ki, onun ayaqqabısının bağını belə açam. Əgər onu görsəm - Allahın rəhmət və nemətinə çataram".