Qarpızın saymaqla bitməyən faydaları


Digərləri 12 İyn 2018 20:46:00 257 0

Qarpızın saymaqla bitməyən faydaları

Yay mövsümünün ən sevimli meyvələrindən olan qarpızın faydalarını bilirsinizmi?

Son.az axşam.az-a istinadən adıçəkilən meyvənin saymaqla bitməyən faydaları haqda məlumat verir: 1. Qarpızın tərkibində A, C və B1 vitaminləri vardır. Kalium baxımından zəngindir. Bundan başqa, tərkibinə üzvi turşular, təbii şəkər və antioksidanlar daxildir.

2. Qarpızda C vitamini, likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidanlar olduğu üçün yaşlanma və digər xəstəliklərin qarşısını almaqda əhəmiyyətli bir qoruyucudur.

3. Yayda susuzluğu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.

4. Sidik qovucudur. Bədənin zərərli toksinlərini çölə atmağa kömək edir. Qaraciyəri təmizləyir, böyrək funksiyalarını tənzimləyər.