Qaradağda dəhşətli qəza


Digərləri 12 İyn 2018 20:36:00 278 0

Qaradağda dəhşətli qəza

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü - ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video