"TANAPın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq"


Siyasət 12 İyn 2018 20:19:00 268 0

"TANAPın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq"

Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq.

Son.az "Report"a istinadən bildirir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

"2015-ci il martın 17-də TANAP-ın təməlqoyma mərasimindən keçən 3 il 3 ay müddətində böyük işlər görülüb. Kəmərin 56 düymlük 1340 km uzunluğundakı hissəsi tamamlanıb. Türkiyəyə TANAP-la qaz verməyə hazırıq".

Onun sözlərinə görə, iyunun 30-da Türkiyəyə kommersiya qazının nəqlinə başlanması planlaşdırılır.

S. Düzyol qeyd edib ki, TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutan hissəsinin (Faza-1) inşası da irəliləyir və bu hissədə işlərin 84%-i icra olunub: "TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən böyük həlqəsini təşkil edir. Bu layihə vasitəsilə həm də Türkiyənin enerji dəhlizi olmasına vasitəçi olacağıq. İnşa dövründə TANAP-da təxminən 13 min nəfərə məşğulluq təmin edilib. Boruların 80%-I Türkiyədəki şirkətlər tərəfidən istehsal olunub. Layihədə ən yüksək texnologiayalardan istifadə olunub, ən yüksək təhlükəsizlik standartları ilə iş görülüb. Bu mənada TANAP ç nümunə bir layihədir".