ABŞ səfirliyi Yer Günü müsabiqəsinin qaliblərini mükafatlandırıb FOTO


Digərləri 12 İyn 2018 20:17:00 396 0

ABŞ səfirliyi Yer Günü müsabiqəsinin qaliblərini mükafatlandırıb  FOTO

ABŞ səfirliyi, "Rəsm" zərgərlik evi, Təhsil Nazirliyinin nəzdində olan Uşaq və Gənglər Mərkəzləri 6 -16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, müsabiqə iştirakçıları rəsm işlərini istənilən (həm elektron, həm də qeyri-elektron) formatda rəsm işlərini izah edən inşa ilə birlikdə təqdim ediblər.

Təhsil Nazirliyi və "Rəsm" zərgərlik evi ilə birlikdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smislə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Yer (Kürəsi) Gününə həsr olunmuş İncəsənət Müsabiqəsinin qaliblərinə mükafat və sertifikatlar təqdim ediblər.


Xəbərə aid fotolar