Prezident İlham Əliyev: "TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir"


Siyasət 12 İyn 2018 19:51:00 69 0

Prezident İlham Əliyev: "TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir"

TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Hörmətli prezidentlər, xanımlar və cənablar. İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrildi".

İlham Əliyev bildirib ki, Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir: "Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz bizim birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bu qədər bir-birini dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, həm bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli faktordur".

Prezident deyib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: " TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir. Bu tarix istiqrar, sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə istiqrar, sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür".

Dövlət başçısı vurğulayıb ki, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbayvan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub:

"Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Bundan əvvəl, 2006-cı ildə biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

İlham Əliyev bildirib ki, Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış, tədbirlər keçirilmişdir: "Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni layihəni irəli sürək. Bunun adını da biz birlikdə qoyduq - TANAP. Və TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün, o imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük".

Albayrak: "TANAP yüzilliyin ən mühüm layihəsidir" like
  • 12 İyn 19:50  
Siyasət Albayrak: "TANAP yüzilliyin ən mühüm layihəsidir"

Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir.

arrow Ətraflı
“AF Holding” 400 otaqlıq yeni hotelin inşasına start verdi like
  • 12 İyn 19:46  
Digərləri “AF Holding” 400 otaqlıq yeni hotelin inşasına start verdi

Yay mövsümü yaxınlaşdıqca istirahət etmək üçün planlar qurur, iş gü

arrow Ətraflı
Ukrayna Prezidenti: TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək like
  • 12 İyn 19:43  
Digərləri Ukrayna Prezidenti: TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək

Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyini təmin

arrow Ətraflı
Emil 10 aylıq Zeynəbi ilə like
  • 12 İyn 19:40  
Şou-biznes Emil 10 aylıq Zeynəbi ilə

Müğənni Emil Bədəlov kiçik qızı Zeynəblə kamera qarşısına keçib.

arrow Ətraflı
Ermənistanın iddiası statuskvonu saxlamaq məqsədi daşıyır like
  • 12 İyn 19:35  
Siyasət Ermənistanın iddiası statuskvonu saxlamaq məqsədi daşıyır

Məntiqə uyğun olmayan və tamamilə cəfəng xarakter daşıyan açıqlamalar

arrow Ətraflı
Respublika birinciləri tədris ilini necə başa vurdular? (FOTO) like
  • 12 İyn 19:30  
Digərləri Respublika birinciləri tədris ilini necə başa vurdular? (FOTO)

2017-2018-ci tədris ilində qəbul imtahanlarında bakalavr, magistr və MBA pr

arrow Ətraflı
“Kadın” bitdi, tətil başladı like
  • 12 İyn 19:30  
Digərləri “Kadın” bitdi, tətil başladı

Aktrisa Özge Özpirinçcinin baş rol ifaçısı olduğu "Kadın" ser

arrow Ətraflı
"19 yaşlı qızın halı necə olacaq, kim alacaq onu?"  FOTO like
  • 12 İyn 19:26  
Digərləri "19 yaşlı qızın halı necə olacaq, kim alacaq onu?" FOTO

Türkiyəli aktrisa Ezgi Baylar aktyor Talat Bulutun onu da sosial şəbəkə va

arrow Ətraflı
Sumqayıt-dan növbəti transfer like
  • 12 İyn 19:20  
İdman Sumqayıt-dan növbəti transfer

Sumqayıt daha bir futbolçu ilə müqavilə imzalayıb. Goal.az xəb

arrow Ətraflı
Albayrak: TANAP yüzilliyin ən mühüm layihəsidir like
  • 12 İyn 19:20  
Digərləri Albayrak: TANAP yüzilliyin ən mühüm layihəsidir

Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir.

arrow Ətraflı
Məşhur müğənni transgenerlə oxudu  FOTO like
  • 12 İyn 19:20  
Digərləri Məşhur müğənni transgenerlə oxudu FOTO

Populyar müğənni Kristina Aqilera ABŞ-ın Los-Anceles şəhərində keçiril

arrow Ətraflı
Dövlət Gömrük Komitəsinin sədri İran səfiri ilə görüşüb like
  • 12 İyn 19:08  
Digərləri Dövlət Gömrük Komitəsinin sədri İran səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Sə

arrow Ətraflı
Anar Məmmədxanovun qızı iş adamının oğlu ilə ailə qurur  FOTO like
  • 12 İyn 19:04  
Digərləri Anar Məmmədxanovun qızı iş adamının oğlu ilə ailə qurur FOTO

"Bakılı oğlanlar" komandasının kapitanı, mərhum deputat Anar M

arrow Ətraflı