Sumqayıt-dan növbəti transfer


İdman 12 İyn 2018 19:20:00 254 0

Sumqayıt-dan növbəti transfer

Sumqayıt daha bir futbolçu ilə müqavilə imzalayıb. Goal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qəbələ-nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb. Bu, Sumqayıt-ın 4-cü transferi olub. Nazim Süleymanovun baş məşqçi olduğu kollektivə daha əvvəl Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyev cəlb edilib. 

Yusif Nəbiyev 2016/2017 mövsümündə də Sumqayıt-ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.