İranlı deputat: “İŞİD çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib”


Dünya 12 İyn 2018 18:50:00 250 0

İranlı deputat: “İŞİD çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib”

"İŞİD ötən illərdə çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib".

Son.az report-a istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Mahmud Sadiki məclisdə "Çirkli pulların yuyulması uğrunda mübarizədə maliyyə tədbirləri hazırlayan qrup"la (FATF) bağlı qanun layihəsi haqqında "Twitter" hesabında yazıb.

"Hətta belə vəziyyət Suriyanın da etirazına səbəb olmuşdu. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar və vergidən yayınlan böyük şəbəkələr çirkli pullarla şəffaflığa qarşı mübarizə aparırlar. Onlar bank əməliyyatlarının şəffaf olmasından qorxurlar. İnqilabçı şüarları ilə mühafizəkarları təşvişə salıb, öz maraqlarını qorumağa çalışırlar", - deputat vurğulayıb.