Uşaqlarla bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi


Digərləri 12 İyn 2018 18:25:52 255 0

Uşaqlarla bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni hazırlanmış qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, yeni qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Prezidentin imzası ilə daxil olan qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.

A.Naxçıvanlı qeyd edib ki, bu qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.