Türkiyədən İrana birgə müharibə təklifi


Dünya 12 İyn 2018 18:30:00 282 0

Türkiyədən İrana birgə müharibə təklifi

Türkiyə İrana PKK terror təşkilatı ilə mübarizə məqsədilə birgə hərbi əməliyyatlara başlamağı təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, İran PKK ilə mübarizəyə müsbət yanaşsa da, tərəflər hələ də bu terror təşkilatına qarşı birgə fəaliyyət haqqında razılığa gəlməyiblər.