Ötən ay 900-ə yaxın qanunsuz miqrant ölkədən çıxarılıb


Digərləri 12 İyn 2018 18:23:00 286 0

Ötən ay 900-ə yaxın qanunsuz miqrant ölkədən çıxarılıb

Dövlət Miqrasiya Xidmətinin may ayına olan statistik məlumatları açıqlayıb.

Bakı. May ayı ərzində Dövlət Miqrasiya Xidməti ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1696 qərar qəbul edib. Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, qərarlardan 1126-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə ilə bağlı olub. Onlardan 899-u ölkəni tərk etmə, 227-si ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 506 qərardan 452-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 54-ü isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.