“Qırmızı şeytanlar” xərcə düşə bilər


İdman 12 İyn 2018 18:16:00 285 0

“Qırmızı şeytanlar” xərcə düşə bilər

Manchester United klubu öz heyətinə yeni futbolçular cəlb etmək niyyətindədir.

Goal.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri ”Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun hazırda Aursburq-un şərəfini qoruyan Filipp Maksla maraqlandığını yazıb. Təcrübəli mütəxəssis komandasının sol kənar müdafiə xəttini gücləndirmək istəyir. Bu mövqedə çıxış edə biləcək ən real namizəd isə 24 yaşlı alman Filipp Maksdır .

Onu da qeyd edək ki, Aursburq-un rəhbərliyi gənc futbolçunu qırx milyon avro müqabilində sata biləcəyini bəyan edib.