Göyçay sakininə məxsus avtomobildən heroin götürülüb


Digərləri 12 İyn 2018 18:02:32 252 0

Göyçay sakininə məxsus avtomobildən heroin götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini Rüstəm Səmədov və Ağdaş rayon sakini Tahir Məmmədov saxlanılıb. R.Səmədova məxsus avtomobilə baxış keçirilən zaman oradan ümumi çəkisi 75,174 qram heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı həmin şəxslər narkotik vasitəni Şirvan şəhər sakini Yusif Abbaszadədən aldıqlarını etiraf ediblər. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Y.Abbaszadə saxlanılaraq şöbəyə gətirilib.