Xəlil Rza Ulutürkün xanımına qarşı dələduzluq edən şəxsin məhkəməsində həkim dindirildi


Digərləri 12 İyn 2018 17:51:00 269 0

Xəlil Rza Ulutürkün xanımına qarşı dələduzluq edən şəxsin məhkəməsində həkim dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Füzuli Məmmədov ifadə verib.

O, Uşaq Nevroloji Xəstəxanasında həkim işlədiyini bildirib. Füzili Məmmədov bildirib ki, M.Şəmsiyevdən 300 min manata ev alıb.

Məhkəmə ondan "o pul sizdə hardan idi?" sualını verib.

F.Məmmədov isə Uşaq Nevroloji Xəstəxanasından başqa, özəl xəstəxanaların birində də çalışdığını deyib: "İşlə bağlı başım qarışıq olduğuna görə sənədləşmə işləri ilə özüm məşğul olmamışam".

Hakim deyib ki, zərərçəkmişlər ifadələrində həmin evin heç kəsə satılmadığını, onun M.Şəmsiyevə məxsus olduğunu söyləyiblər: "Onlar tələb edirlər ki, həmin ev satılıb, zərərçəkmişlərin arasında bölünməlidir".

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin həyat yoldaşı həkimin evində qeydiyyatdadır.