Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq müzakirə edilib (FOTO)


Digərləri 12 İyn 2018 17:50:00 293 0

Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq müzakirə edilib (FOTO)

Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə toplantı keçirilib.

Bakı. Bu gün Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi altında 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə toplantı keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər. Nazir ilk olaraq məlumat üçün Avropa gənclər Yay olimpiya festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris, Lissabon, Tbilisi və digər şəhərlərdə baş tutduğunu, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlarlara ev sahibliyi edəcəyini qeyd edib. Toplantı zamanı bildirilib ki, 6 gün davam edəcək yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.