"Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır"


Digərləri 12 İyn 2018 17:42:00 306 0

"Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır"

Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə "Təhsil haqqında" qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

Q.Paşayeva ötən gün sosial mediada özəl uşaq bağçasında-mərkəzində baş verən dəhşətli görüntülərin yayılması və bütün cəmiyyətdə, xüsusilə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatlıq yaranmasından danışaraq deyib: "Bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir".

O, qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsini dəstəkləyib: "Bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir. Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihar meyilliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrimizdə və məktəblərimizdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır. Bu qanuna edilən yeni dəyişikliyi dəstəkləyirik. Bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir".